Ermənistan Müdafiə Nazirliyinin rəhbəri istefa verib


Dünya 08 May 2018 21:08:42 246 0

Ermənistan Müdafiə Nazirliyinin rəhbəri istefa verib

Viqen Sarkisyan bunu xalqa müraciətində elan edib

Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Viqen Sarkisyan vəzifəsindən istefa verib.

“Report” TASS-a istinadən xəbər verir ki, müdafiə naziri vəzifələrinin icraçısı bunu ölkənin silahlı qüvvələrinin şəxsi heyəti, veteranlar və ictimaiyyətə müraciətində deyib.

"Siyasi hadisələr səbəbindən sizinlə ordu rəhbəri statusunda vaxtından əvvəl vidalaşmağın vaxtı çatıb. Belə daha düzgündür. Nazir rəsmi siyasi şəxsdir və onun işi yalnız həmfikir komandanın tərkibində səmərəli olar", - deyə Sarkisyan bildirib.