Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Heydər Əliyevin 95 illiyini qeyd edib FOTO


Digərləri 08 May 2018 21:28:00 363 0

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Heydər Əliyevin 95 illiyini qeyd edib  FOTO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, konsertdə İdarə rəisi Vuqar Zeynalov, Bakı şəhər musiqi məktəblərinin direktorları və başqa qonaqlar iştirak ediblər.

Konsert Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin xalq çalğı alətləri orkestrının "Qarabağ Şikəstəsi", S.Fərəcovun "Bayatı Şiraz" suiti və Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından "Asiyanın rəqsi" əsərlərinin ifası ilə başlanıb. Məktəbin şagirdlərinin ifasında Q.Qarayev "Yeddi gözəl" baletindən "Aişənin rəqsi", Niyazi "Arzu", H.Rzayev "Cahargah rapsodiyası", F.Şopen "İnqlabi Etüd", Elerton "Tarantella" və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.