Məlumatları 550 kmdək məsafəyə göndərmək olacaq


Digərləri 08 May 2018 21:10:00 284 0

Məlumatları 550 kmdək məsafəyə göndərmək olacaq

"Toshiba" şirkətinin mütəxəssisləri müasir texnologiyaların köməyi ilə təhlükəsiz mesajlar göndərmək üçün kvant mexanikasının qanunlarına əsaslanan yeni üsul düşünüblər. Yeni üsulla təhlükəsiz məlumatların 550 km-dək məsafəyə göndərilməsi mümkündür. Bu halda şifrləmə açarı bütün məlum üsulların heç biri ilə ələ keçirilə bilməz.

Son.az ICTnews-a istinadən bildirir ki, "Toshiba" şirkətinin mütəxəssisləri tərəfindən düşünülmüş kvant mexanikasının qanunlarına əsaslanan üsul haqda informasiya "Nature" jurnalında dərc edilib və hazırda nəzəri xarakter daşıyır. Ancaq artıq gələn il "Toshiba" təqdimat keçirməyi, sonrakı 2 il ərzində isə məlumat mübadiləsi üçün işlək üsulun prototipini yaratmağı planlaşdırır.