Temperatur normadan niyə artıqdır?


Digərləri 08 May 2018 21:14:00 380 0

Temperatur normadan niyə artıqdır?

"Son günlər ölkə ərazisinə orta troposferdə bərqərar olmuş cənub və cənub-qərb axınları ilə Şimali Afrikadan nisbətən isti hava kütlələri daxil olur. Yer səthində isə hava şəraitini nisbətən alçaq təzyiq sahəsi təyin edir. Belə bir sinoptik şəraitdə havanın temperaturu iqlim normasından yüksəlir. Son günlər ərzində havanın temperaturu normadan 5-7 dərəcə yüksək olub".

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, temperatur normadan yüksək olsa da, may ayı üçün mütləq maksimum temperatur-rekord göstəriciyə çatmayıb:

"May ayı üçün rekord göstərici 35.5 dərəcədir, bu günlərdə isə maksimum temperatur 30 dərəcə müşahidə edilir. Son illərin may ayı üçün temperatur göstəricilərinə nəzər salsaq, 2013-cü ildə 31.4 dərəcə isti qeydə alınıb, ondan əvvəlki illərdə 30 dərəcə müşahidə edilib. Yəni bu il may ayında müşahidə edilən istilər qeyri-adi hal deyil".

U.Tağıyevanın sözlərinə görə, son illərin tendensiyası göstərir ki, may ayında havanın orta aylıq temperaturunun normadan yüksək olduğu illərin sayı artıb: