Toylar azalıb, restoranlar güzəştə getməyə


Digərləri 08 May 2018 21:02:00 287 0

Toylar azalıb, restoranlar güzəştə getməyə

Azərbaycanda may ayında toy keçirilməməsi adəti hələ də qalmaqdadı.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, restoranların bu ayda toy sifarişləri olduqca az olur. Bu isə restoran sahiblərinin may ayında müştərilərə müəyyən güzəştlərə getməsinə səbəb olur.

Restoran inzibatçılarının sözlərinə görə, may ayında toy etməmək əvvəllər daha çox yayılmışdır. Bundan başqa, müştərilərə qiymət endirimləri də edilir. Belə ki, qiymətləri 35-50 manat arasında dəyişən bəzi restoranlarda may ayında müştərilərə təxminən 3-5 manat arasında endirim edilir.

Nisbətən bahalı şadlıq evlərində isə endirimin faizi daha çox olur. Adi vaxtlarda bir nəfər üçün qiyməti 80-180 manat arasında dəyişən şadlıq evlərində may ayında toy sahiblərinə 10-15 manata qədər güzəşt edilir.