Bakıda Yunanıstan və Azərbaycan etnik musiqi ifaçılarının konserti keçirilib


Digərləri 08 May 2018 20:19:16 247 0

Bakıda Yunanıstan və Azərbaycan etnik musiqi ifaçılarının konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzində Yunanıstan və Azərbaycan etnik musiqi ifaçılarının möhtəşəm konserti keçirilib

Bakı. Beynəlxalq Muğam Mərkəzində Yunanıstandan gəlmiş etnik musiqiçilər Makis Stamoulis və Kostas Spiropoulis "Rembetiko meets Mugam" adlı möhtəşəm konsertlə çıxış ediblər. Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci "IMAGINE" Avropa tolerantlıq festivalı çərçivəsində reallaşıb. Xatırladaq ki,bundan əvvəl Mərkəzdə Perudan gəlmiş etnik musiqiçilərin konserti olmuşdur ki,tamaşaçılar iştirakçıları sürəkli alqışlarla qarşılamışdılar. Tədbirin rəsmi hissəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbərliyinin birinci müşaviri Denis Daniilidis çıxış edərək Yunanıstan tarixinin, musiqi və mədəniyyətinin zəngin olduğunu bildirib. Azərbaycan və yunan musiqilərini bir araya gətirmək olduqca maraqlı hadisədir- deyə Denis Daniilidis vurğulayıb.