Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçirildi


Kriminal 08 May 2018 19:42:00 282 0

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçirilib. 

Konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı şəhər musiqi məktəblərinin direktorları və başqa qonaqlar iştirak ediblər.

Konsert Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin xalq çalğı alətləri orkestrının "Qarabağ Şikəstəsi", S.Fərəcovun "Bayatı Şiraz" suiti və Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından "Asiyanın rəqsi" əsərlərinin ifası ilə başlanıb. Məktəbin şagirdlərinin ifasında Q.Qarayev "Yeddi gözəl"baletindən "Aişənin rəqsi", Niyazi "Arzu", H.Rzayev "Cahargah rapsodiyası", F.Şopen "İnqlabi Etüd", Elerton "Tarantella" və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.


Xəbərə aid fotolar