"Şoubiznesin dovğası yox, "Şah" plovuyam"


Şou-biznes 08 May 2018 19:36:00 312 0

"Şoubiznesin dovğası yox, "Şah" plovuyam"

"Aygün Kazımova və məndən başqa şou göstərən yoxdur".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev deyib. "Atv maqazin onlarla"ya açıqlama verən müğənni şou əhlini yeməklərə bənzədib:

"Mən dovğa sevirəm. Qazan-qazan yeyərəm. Təsəvvür edin, qarşınızda bir boşqab dovğa var. Kimsə gəlir ora iki qaşıq bal qatır. Bal dadlıdır, şirindir. Amma yeri deyil axı. İndikilər özünü bal sayır deyə, biz də dovğa deyilik. Biz "Şah" plovuq.