Ruhani: İran və Azərbaycan Xəzərdə neft yatağının birgə işlənməsi üçün hazırlıq aparır


Digərləri 08 May 2018 18:42:00 271 0

Ruhani: İran və Azərbaycan Xəzərdə neft yatağının birgə işlənməsi üçün hazırlıq aparır

İran və Azərbaycan Xəzər dənizində neft yatağının birgə işlənməsi üçün hazırlıqlar aparır və bu cür əməkdaşlıq tarixdə ilk dəfə reallaşdırılır.

Bakı. İlkin Şəfiyev, Kamyar İqbalnejad - İran və Azərbaycan Xəzər dənizində neft yatağının birgə işlənməsi üçün hazırlıqlar aparır və bu cür əməkdaşlıq tarixdə ilk dəfə reallaşdırılır. Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Tehranda beynəlxalq sərgi zamanı deyib. H.Ruhaninin sözlərinə görə, İran bu istiqamətdə digər qonşu ölkələrlə, o cümlədən Türkmənistanla əməkdaşlıq edə bilər: “Bir çox hallarda, biz ehtiyatlara qonşularımızla birgə malik oluruq. Bu cür yataqların işlənməsinə investisiyaları artırmaq çox vacibdir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin