Macarıstan səfiri Bilik Fondunda olub (FOTO)


Digərləri 08 May 2018 18:32:00 259 0

Macarıstan səfiri Bilik Fondunda olub (FOTO)

Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi, səfirliyin ikinci katibi, mədəniyyət və təhsil əlaqələri üzrə diplomat Mihay Qruber Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar.

Bakı. Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi, səfirliyin ikinci katibi, mədəniyyət və təhsil əlaqələri üzrə diplomat Mihay Qruber Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar. Trend-in məlumatına görə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşən səfirə Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib. O.Səmədov bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji, humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi, dini dəyərlərin təbliği, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması, gənclərin elmi biliklərinin artırılması, Azərbaycan elminin dünyada, dünya elminin ölkəmizdə tanıdılmasına xidmət göstərməkdir. İcraçı direktor beynəlxalq layihələrdən söz açaraq, xarici ölkə səfirləri, nümayəndələri ilə Bilik Fondunda keçirilən işgüzar görüşlərin ənənəyə çevrildiyini vurğulayıb və qeyd edib ki, fəaliyyəti müddətində 20-dən çox ölkənin səfirləri Fondun qonağı olub, əməkdaşlıq məsələlərini müzakirə ediblər; artıq bir sıra səfirliklərkə birgə maarifləndirici tədbirlər keçirilir.