"Ona dəstəyə gəldim"


Digərləri 08 May 2018 18:12:00 318 0

"Ona dəstəyə gəldim"

Xəbər verdiyimiz kimi, bu gün "Eurovision" müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.

Son.az axşam.az-a istinadən xəbər verir ki, təmsilçimiz Aysel Məmmədova (Aisel) birinci olaraq səhnəyə çıxacaq.

Rusiyanın xalq artisti Filipp Kirkorov Portuqaliyanın paytaxtı Lissabona yollanıb. O bildirib ki, səfərinin məqsədi Ayselə dəstək olmaqdır. Kirkorov bununla bağlı İnstaqramında paylaşım da edib.

"Dream team" komandasını və sevimli Azərbaycanın təmsilçisi olan Aiseli dəstəkləməyə gəlmişəm. Əhsən Aysel və "Dream team" deyə, Filipp qeyd edib.


Xəbərə aid foto