Muğanbank yeni MasterCard World Elite PayPass premium kartlarının satışına start verdi


Digərləri 08 May 2018 17:14:00 322 0

Muğanbank yeni MasterCard World Elite PayPass premium kartlarının satışına start verdi

Muğanbank yeni MasterCard World Elite PayPass premium kartlarının satışına start verdi.

MC World Elite PayPass premium kart sahibləri dünyanın istənilən ölkəsində rahat, maneəsiz, limitsiz olaraq nağd və nağdsız ödənişlər həyata keçirə və  premium kartının üstünlüklərindən, endirimlərdən yararlana bilərlər.  MC World Elite Pay Pass kart sahibləri bütün VİP xidmətlərlə yanaşı Lounge Key, MC  Concierge ve səfər zamanı sığorta xidmətlərindən istifadə etmək imkanı  əldə edirlər.

Bundan  əlavə, hansı ölkədə olmasından asılı olmayaraq, kart sahibi kartın BİN-ni söyləməklə (kartın ilk 6 rəqəmi) 24/7 xidmət göstərən +7 499 270 35 00 müştəri xidmətlərinə və email  vasitəsilə [email protected] ünvanına müraciət edərək beynəlxalq dəstək, endirimlər və kart barədə məlumat, səhiyyə və hüquqi məsləhətlər, sığorta barədə məlumatları ala bilərlər.