UEFA-dan Milan azarkeşlərini sevindirən xəbər


İdman 08 May 2018 17:05:00 280 0

UEFA-dan Milan azarkeşlərini sevindirən xəbər

Milan maliyyə vəziyyətinin qeyri-stabilliyinə görə növbəti mövsüm Avrokuboklardan kənarda qala bilərdi. Artıq məsələ öz həllini tapıb. Goal.az xəbər verir ki, "rossoneri" mayın 8-i UEFA-dan Avrokuboklarda iştiraka imkan verən lisenziyanı alıb.

Milan-dan başqa İtaliya A Seriyasının daha 14 klubu analoji lisenziyanı əldə edib. Cagliari, Chievo, Crotone, Benevento və SPAL klublarına isə lisenziya verilməyib. Cennaro Qattuzonun komandası hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Bu, Avropa Liqasında oynamağa imkan yaradır.