Çovdarovun qohumları əmlaklarının azad olunmasını istəyir


Digərləri 08 May 2018 16:53:00 293 0

Çovdarovun qohumları əmlaklarının azad olunmasını istəyir

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 nəfərin Bakı Hərbi Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov həkim müşayiətində zala gətirilib. Daha sonra təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxslərin əmlaklarına qoyulan həbslə bağlı onların yaxınları da məhkəməyə müraciət edib. Çovdarovun oğlu Ruslan, qızları Aidə Qasımova, Günay Əmircanova və yoldaşı İbadət Çovdarova məhkəməyə müraciət edərək əmlaklarının üzərindən həbsi götürmək istəyirlər. Daha sonra prosesdə Çovdarovun vəkili Kamandar Nəsibov vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini istəyib: "Burada bəzi məslələr var ki, dövlət sirrini təşkil edir. Ona görə də, aidiyyatı olmayan şəxslər zaldan çıxarılsın".

Çovdarov da vəsatətin təmin olunmasını istəyib.

Vəsatət təmin olunub, jurnalistlər zaldan kənarlaşdırılıb.

Proses qapalı keçirilir.