Azərbaycanda yeni tikilən pullu yolun istifadəyə veriləcəyi vaxt bilindi


Digərləri 08 May 2018 16:36:00 267 0

Azərbaycanda yeni tikilən pullu yolun istifadəyə veriləcəyi vaxt bilindi

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun inşası işləri bu ilin yay aylarında yekunlaşacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, artıq həmin yolun böyük hissəsində işlər tam yekunlaşıb: "İran sərhədinə qədər uzanacaq yolun kənarlarında maneələrin qarşısını almaq məqsədilə çəpərlənmə işləri də aparılıb. Hazırkı Ələt-Astara yoluna paralel olaraq çəkilən yeni yol məsafəni də xeyli azaldacaq. Yeni yolun pullu olması nəzərdə tutulur".

A.Nəcəfli bildirib ki, tikinti işləri sürətlə davam etdirilir: "Artıq yolun böyük hissəsində işlər tam yekunlaşıb. Bir neçə hissə üzrə inşa olunan yolun 30 kilometrlik Şorsulu-Cəlilabad hissəsində son tamamlama işləri aparılır. Ümumilikdə yolun iyul-avqust aylarında istifadəyə verilməsi nəzərdə tutulub".