Tatarıstan prezidenti türkiyəli futbolçunu mükafatlandırdı
İdman 08 May 2018 16:05:00 284 0
Ötən həftə karyerasını başa vuracağını elan edən Gökdeniz Karadeniz Tatırstan Respublikasının prezidenti tərəfindən mükafatlandırılıb. Goal.az xəbər verir ki, Rubin-in yarımmüdafiəçisi respublika futbolunun inkişafında pay sahibi kimi "Tatarıstan Respublikası qarşısındakı xidmətlərinə görə" ordeninə layiq görülüb.
Daha öncə Kazan klubu Gökdenizin geydiyi 61 nömrəli formanı əbədiləşdirmişdi.
Mənbə: goal.az