“Qapımın pulu idi” Oğrunun 3cü dəfə “qonaq” olduğu ev VİDEO FOTO


Kriminal 08 May 2018 15:52:00 221 0

“Qapımın pulu idi”  Oğrunun 3cü dəfə “qonaq” olduğu ev  VİDEO  FOTO

May ayının 7-si günorta saatlarında Fatma Ağayevanın Gəncə şəhəri Natavan qəsəbəsində yaşadığı mənzildə oğurluq hadisəsi baş verib. Son.az ARB TV-yə istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər ev sahibinin mənzildə olmamasından istifadə edərək pəncərini sındırma yolu ilə içəri daxil olub. Zərərçəkənin sözlərinə görə, mənzildə bir xeyli axtarış aparan qarətçilər oradan 2000 manat dəyərində qızıl zinət əşyasını, 570 manat nəğd pul və digər qiymətləri oğurlayıblar. Ev sahibi deyir ki, bu, onun mənzilində baş verən ilk oğurluq hadisəsi deyil. Buna qədər sözügedən ünvanda iki dəfə oğurluq hadisəsi baş verib. İlk dəfə evdən nəğd pul oğurlanıb, ikinci dəfə isə ev quşları. Fatma Ağayeva - ev sahibi: "Avqust ayının 29-da, səhər 8-ə işləmiş yoldaşım işə gedib. Dəmir yolunda qaynaqçı işləyir. Yoldaşım "obed"ə gələndə görüb ki, evimiz bax bu formadadır. Taxta qapımız var idi, onu qırıb içəri daxil olublar. İkinci dəfə çöldən toyuğumu aparıblar. İkinci hadisə gecə olub". Zərərçəkən hər üç oğurluq faktı ilə əlaqədar polisə məlumat verib. Hələ də oğruların kimliyinin müəyyənləşdirilməməsi ev sahibini narahat edir. Fatma Ağayeva - ev sahibi: "Oğrum tapılsın, mənə təhvil verilsin. Mən oğrumu tanıyım. Mənim qızımın qızılları verilsin. Uşağımın qızıllarıdır. Mənim heç nəyim yoxdur. Hər şeyim gedib. O pul da, qapımın pulu idi". Gəncə Şəhər Kəpəz rayon Polis İdarəsində də Fatma Ağayevanın mənzilində silsilə oğurluqlar törədilməsini təsdiqləyiblər. İdarədən bildirilib ki faktlar üzrə əməliyyat axtarış tədbirləri intensiv şəkildə davam etdirilir. Qısa zaman kəsiyində Ağayevanın əmlakına qənim kəsilən şəxs və ya şəxslər tutularaq layiqli cəzalarını alacaqlar.


Xəbərə aid fotolar