Qaret Beylin xoş günü
İdman 08 May 2018 15:50:00 380 0
Real Madrid-in futbolçusu Qaret Beylin həyatında xoş hadisə yaşanır. Goal.az xəbər verir ki, uelsli futbolçu üçüncü dəfə ata olub. Mayın 8-i Beylin oğul övladı dünyaya gəlib. Körpəyə Aksel Çarlz adı verilib. Qeyd edək ki, ulduz futbolçunun 5 yaşlı Alba Vayolet və 2 yaşlı Nava Valentina adlı 2 qızı da var.
Mənbə: goal.az