"Türkiyə və Ukrayna qiymətləri azaltmağı vəd edib"


Digərləri 08 May 2018 15:44:00 297 0

"Türkiyə və Ukrayna qiymətləri azaltmağı vəd edib"

"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) üzrə müxtəlif növ yüklərin daşınmasının təmin olunması üçün vahid tariflər və vahid pəncərə prinsiplərinin tətbiq olunması lazımdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib: "Bizim əsas tapşırıqlarımız tariflərin təkmilləşdirilməsi, daşımalar cədvəlinin müəyyənləşdirilməsi, sürətin artırılması və digər məsələlərdir. Azərbaycan öz növbəsində, öz ərazisindən kömür, buğda və konteynerlərin daşınması tariflərinin azaldılmasını təmin edib. Türkiyə və Ukrayna da qiymətləri azaltmağı vəd edib".