Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)


Digərləri 08 May 2018 15:43:00 233 0

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

İqtisadiyyat Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Bakı. İqtisadiyyat Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, ilk öncə İqtisadiyyat Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin Hökumət Evinin foyesindəki büstünün önünə gül dəstələri qoyub, ulu öndərin 95-ci ildönümünə həsr olunmuş foto-sərgi ilə tanış olub. Sonra dahi siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.