Dənizçi gəmiyə mindi,


Digərləri 08 May 2018 15:02:00 367 0

Dənizçi gəmiyə mindi,

Buzların arasında hərəkət edən gəmiyə minən dənizçinin bu riskli "tryuk"unun əks olunduğu video sosial şəbəkələrdə sürətlə yayılır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay Finlyandiyanın Hayluoto bölgəsinin sahillərində yaşanıb.

Buz üstünə uzadılmış "körpü" üzərində duran dənizçi hərəkətdə olan və dayanmayan gəmiyə minir.

Xilasedici jileti olmayan matros səbrlə gəminin göyərtəsindəki lyukun ona çatmasını gözləyir, sonra dəmirdən tutub pilləkənlə lyuka tərəf qalxır.

Videonu sosial şəbəkələrdə artıq 4 milyondan artıq insan izləyib.


Xəbərə aid fotolar