Ermənistanın yeni baş naziri müdafiə nazirini dəyişəcək


Dünya 08 May 2018 14:24:13 307 0

Ermənistanın yeni baş naziri müdafiə nazirini dəyişəcək

Nikol Paşinyan: "Müdafiə nazirini baş nazir təyin edir"

Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan ölkənin müdafiə nazirini dəyişmək niyyətini açıqlayıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Müdafiə nazirini baş nazir təyin edir. Onu dəyişmək lazım olduğunu görürəm", - N.Paşinyan deyib.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinə hazırda Vigen Sarkisyan rəhbərlik edir.