Prokuror 14 il cəza istədi,


Digərləri 08 May 2018 14:21:00 284 0

Prokuror 14 il cəza istədi,

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azər Mühafizə" MMC özəl mühafizə şirkətinin Şirvan bölməsinin sabiq rəisi Namiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və N.Məhərrəmova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, prokuror çıxışında N.Məhərrəmovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, 2015-ci il Daxili İşlər Nazirliyi (DİN) iş adı altında vətəndaşları aldadan sahibkar haqqında məlumat yayıb. Məlumata görə, "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.

Aparılan araşdırmalarla müəyyən olunub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb. Daha sonra həmin şəxslər həbs ediliblər.