Ruhani: "Azərbaycanla əməkdaşlığımız dünya ilə əməkdaşlıqda yürütdüyümüz siyasətin bir nümunəsidir"


Siyasət 08 May 2018 14:27:55 235 0

Ruhani: "Azərbaycanla əməkdaşlığımız dünya ilə əməkdaşlıqda yürütdüyümüz siyasətin bir nümunəsidir"

İran prezidenti Həsən Ruhani Tehranda keçirilən beynəlxalq neft-qaz sərgisinə baxış keçirib.

Son.az APA-ya istinadən xəbər verir ki, H. Ruhani bildirib ki, İranın siyasəti qonşular və dünya ölkələri ilə konstruktiv əməkdaşlıq üzərində qurulub: "Bu siyasətin icrasının ən bariz nümunəsi İran və Azərbaycan arasındakı müştərək əməkdaşlıq və görəcəyimiz işlərdir. Azərbaycanla əməkdaşlığımız dünya ilə əməkdaşlıqda yürütdüyümüz siyasətin bir nümunəsidir. Biz bu əməkdaşlığı digər qonşu ölkələr, o cümlədən Türkmənistanla da edəcəyik. İran qonşu ölkələrlə müştərək neft  yataqlarına sahibdir. Ölkə xalqlarının maraqları naminə bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi çox önəmlidir".

H.Ruhani qeyd edib ki, neft sənayesi İranın milli gücüdür və diplomatiyada xüsusi yerə sahibdir: "Neft, neft-kimya məhsulları ixrac edən ölkə güclü ölkədir".