Bakı sərnişin stansiyasında obyekt mülki müdafiə məşqi keçirilib (FOTO)


Digərləri 08 May 2018 14:17:00 301 0

Bakı sərnişin stansiyasında obyekt mülki müdafiə məşqi keçirilib (FOTO)

Bakı sərnişin stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə dəstələrinin idarə edilməsinin təşkili” mövzusunda növbəti obyekt mülki müdafiə məşqi keçirilib.

Bakı. “Azərbaycan Dəmir Yolları” QSC-nin 2018-ci ilin mülki müdafiə tədbirlər planına müvafiq olaraq, Bakı sərnişin stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə dəstələrinin idarə edilməsinin təşkili” mövzusunda növbəti obyekt mülki müdafiə məşqi keçirilib. QSC-dən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq Bakı dəmir yolu qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti, stansiya ərazisində yerləşən dəmir yolu və qeyri-dəmir yolu müəssisələrinin işçiləri məşqə cəlb olunub. Məşqin əsas məqsədi fövqəladə hallar zamanı stansiyanın mülki müdafiə planının reallığını əks etdirməklə, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsini, hadisə yerinə göndərilməsini, yaranmış vəziyyətin qiymətləndirilməsini, hadisə yerindən məlumatların toplanmasını, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsini rəhbər işçilərə, mülki müdafiə qüvvələrinə, əhaliyə və həmçinin sıravi işçilərə davranış qaydalarını öyrətməkdir. Fövqəladə Hallar Nazirliyinin Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri yanında hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin təşkilatçılığı ilə keçirilən təlimdə qovşağın obyekt rəhbərləri və Fövqəladə Hallar Komissiyasının üzvləri, eləcə də Bakı sərnişin stansiyasının mülki müdafiə qüvvələri iştirak ediblər. Hazırlıq işləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti ilə yüksək səviyyədə həyata keçirilib.