Arvadının qohumuna gizlicə eşq elan etdi, otağına girib 17 bıçaq zərbəsi vurdu


Digərləri 08 May 2018 13:58:00 292 0

Arvadının qohumuna gizlicə eşq elan etdi, otağına girib 17 bıçaq zərbəsi vurdu

Beyləqan rayonunda qısqanclıq zəminində qətl törətməkdə təqsirli bilinən 1977-ci il təvəllüdlü Həsənalı Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Həsənalı Quliyev 2016-cı ilin əvvəllərindən istifadəsində olan mobil nömrəsindən arvadı Vüsalə Tağıyevanın qohumu, 1983-cü il təvəllüdlü Validə Tağıyevanın istifadəsində olan mobil telefon nömrəsinə mütəmadi olaraq sevgi məzmunlu ismarışlar yazıb. Amma Validə Tağıyeva onun ismarışlarına cavab verməyib.

Sevgi etirafi və hədə...

Daha sonra Həsənalı Quliyev 4 aprel 2016-cı il tarixdə, saat 10.04-dən etibarən Validə Tağıyevanın mobil telefonuna dəfələrlə zənglər edib.

Buna baxmayaraq, Validə Tağıyeva onun zənglərinə cavab verməyib. Bu səbəbdən o, "qız, dur gəl, bura, sən öl, ora gəlsəm, səni boğacam tez gəl" məzmunlu qısa SMS göndərib.

Çayxanadan müşahidə

Daha sonra Həsənalı Quliyev həmin gün saat 12 radələrində Validə Tağıyevanın işlədiyi mədəniyyət evinin və Beyləqan rayonu, İmamverdilər kəndi üzrə inzibati ərazi dairəsinin yerləşdiyi binanın yaxınlığında olan çayxanaya gəlib. O, həmin çayxanada domino oynayarkən, kənd ərazisində avtomobili ilə içməli su satışı ilə məşğul olan Cəbrayıl rayonundan məcburi köçkün, Biləsuvar rayon ərazisindəki 2 saylı qəsəbədə məskunlaşmış Malik Süleymanlının su daşıdığı avtomobili nümayəndəliyin binasının qarşısında saxlayıb, binaya daxil olduğunu görüb.

Qısqanclıq düşüncəsi

Həsənalı Quliyev həmin gün səhər binanın ətrafında qoyun otaran zaman nümayəndəliyin və mədəniyyət evinin işçilərinin işdə olmadıqlarını gördüyündən, Validə Tağıyevanın içəridə tək olduğunu, Malik Süleymanlının onunla görüşmək üçün gəldiyini düşünüb.

Bu zaman Həsənalı Quliyevin Validə Tağıyevanın onun sevgisinə qarşılıq vermədiyi halda, digər şəxslərlə görüşdüyü qənaətinə gəlib. O, sonuncunun kənar şəxslərlə olan münasibətlərini qısqandığı üçün onu qəsdən öldürmək qərarına gəlib.

Bu məqsədlə Həsənalı Quliyev domino oynadığı kənd çayxanasını tərk edib, yaxınlıqda yerləşən ailə üzvləri ilə birlikdə yaşadığı evinə gedib. O, evdən mətbəx bıçağını dolabdan götürüb və şalvarının kəmər yerinə yerləşdirib.

Qadını iş otağında öldürdü