Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları artıb


Digərləri 08 May 2018 13:45:00 283 0

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları artıb

2018-ci ilin yanvar-mart aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) üzrə yükdaşımalarının həcmi 300 min ton təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Qazaxıstan Dəmir Yolları"nın sədri Kanat Alpısbayev deyib.

Onun sözlərinə görə, Çin-Avropa əsas marşrutu üzrə konteyner əlaqəsi işə salınıb və bugünədək 8 min ton konteyner yükləri daşınıb.