Üstündən cürbəcür narkotik maddələr çıxdı


Digərləri 08 May 2018 13:35:00 256 0

Üstündən cürbəcür narkotik maddələr çıxdı

Mayın 7-də polis əməkdaşları tərəfindən 3 kiloqramadək narkotik vasitə aşkar edilərək götürülüb.  

DİN-dən Son.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə axtarışda olan Saleh Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana, tiryək və metamfetamin aşkar edilib.

Nəqliyyatda Baş Polis İdarəsi və Xətai RPİ 37-ci Polis Şöbəsi  əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Lənkəran şəhər sakini Ramil Əsədovdan 8 qramdan çox heroin, 102 qramdan artıq tiryək, həmçinin metamfetamin və 16 ədəd metadon həbləri aşkar edilərək götürülüb.

Bərdə Rayon Polis Şöbəsi  əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəhər sakini Fuad Sadıqovdan şəxsi axtarış zamanı 9 qramdan artıq marixuana,  "Lada" markalı avtomobilindən isə çəkisi 2 kiloqram 730 qram marixuana aşkar edilərək götürülüb.