3 gün əvvəl piyada qadını vurub qaçan sürücü tutuldu


Digərləri 08 May 2018 13:40:00 227 0

3 gün əvvəl piyada qadını vurub qaçan sürücü tutuldu

Hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb.

Mayın 5-də Bakı şəhər sakini Aynurə Məmmədovanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən Son.az-a verilən məumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla Buzovna qəsəbə sakini  olan piyadanın həmin gün saat 20 radələrində qəsəbə ərazisində yolu keçərkən avtomobillə vurulduğu məlum olub. 

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri  nəticəsində yol-nəqliyyat hadisəsinin "Mercedes" markalı avtomobillə törədilməsi müəyyən edilib.