Həmyerlimizin adı Türkiyənin ən güclü 50 baş maliyyə inzibatçısı siyahısında


Digərləri 08 May 2018 13:22:00 298 0

Həmyerlimizin adı Türkiyənin ən güclü 50 baş maliyyə inzibatçısı siyahısında

Nüfuzlu "Fortune" jurnalı 2018-ci ildə Türkiyənin ən güclü 50 baş maliyyə inzibatçısının (CFO) siyahısını dərc edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, sevindirici haldır ki, bu siyahıya həmyerlimiz Elçin İbadov da daxil olub.

Qeyd edək ki, Elçin İbadov builki araşdırmada Türkiyənin ən güclü 50 baş maliyyə inzibatçısı adına layiq görülən yeganə azərbaycanlıdır.

Elçin Telman oğlu İbadov hal-hazırda SOCAR-ın İqtisadiyyat Nazirliyi ilə birgə Türkiyədə qurmaqda olduğu STAR Neftayırma zavodunun baş maliyyə inzibatçısı vəzifəsində çalışır. O, Çikaqo İllinois Universiteti məzunudur. İş həyatına 2002-ci ildə Çikaqoda Dünya Ticarət Mərkəzində iqtisadi təhlil mütəxəssisi kimi başlayıb. 2003-2014-cü illər arasında, 11 il "PricewaterhouseCoopers" şirkətində çalışıb. Elçin İbadov 2014-cü ildən etibarən STAR Neftayırma Zavodunun maliyyə işlərinə rəhbərlik edir.

Elçin İbadov iqtisadiyyat, maliyyə, mühasibatlıq, maliyyə hesabatları, investisiya, maliyyə təhlili, audit və s. sahələr üzrə 11 müxtəlif kitabın müəllifi və tərcüməçisidir. O, peşəkar fəaliyyəti ilə yanaşı, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Xəzər Universiteti və Qərb Universitetində tədris fəaliyyəti ilə də məşğul olub.