Aysel bu gün "Eurovision" səhnəsinə çıxacaq


Kriminal 08 May 2018 13:13:00 262 0

Aysel bu gün "Eurovision" səhnəsinə çıxacaq

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda 63-cü "Eurovision" mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.

Son.az axşam.az-a istinadən xəbər verir ki, təmsilçimiz Aysel Məmmədova bu gün səhnəyə çıxacaq. O, ölkəmizi "I cross my heart" mahnısı ilə təmsil edir.

43 ölkənin təmsilçilərinin yer aldığı müsabiqədə bu gün 22 iştirakçı öz performansını nümayiş etdirəcək. İlk olaraq isə Aysel mahnısını səsləndirəcək.