Fransada "Quran"ın dəyişdirilməsi təklif olunur SƏBƏB


Dünya 08 May 2018 12:38:00 262 0

Fransada "Quran"ın dəyişdirilməsi təklif olunur  SƏBƏB

Fransada müsəlmanlara, xüsusilə də, "Quran"a qarşı "nifrət" kompaniyası başladılıb

Fransada yaşlı yəhudi qadının öldürülməsindən sonra bundan sui-istifadə edərək müsəlmanlara, xüsusilə də, "Quran"a qarşı "nifrət" kompaniyası başladılıb.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, Fransada "Quran"dan yəhudilərə qarşı fikirlərin çıxarılması ilə bağlı 300 nəfərdən imza toplanıb. Şikayət ərizəsini imzalayanlar arasında keçmiş Fransa prezidenti Nikola Sarkozi, 3 keçmiş baş nazir də var.

Dini İşlər üzrə Komitə məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, "Quran" Allahın kəlamlarından ibarətdir və qiyamət gününə qədər də dəyişdirilməyəcək.