26 baş qoyun oğurlayan dayıoğlunun


Kriminal 08 May 2018 12:05:00 267 0

26 baş qoyun oğurlayan dayıoğlunun

Cəlilabad sakini dostu ilə əlbir olub bibisi oğlunun qoyunlarını oğurlayıb.

Son.az ARB TV xəbər verir ki, rayonun Dələli kənd sakini Alov İbrahimov rayon polis şöbəsinə müraciət edərək təsərrüfatındakı 26 baş xırdabuynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib. Polisin keçirdiyi əməliyyat zamanı məlum olub ki, hadisəni zərərçəkənin dayısı oğlu Valid Qürbətov, dostu, Masallı rayon sakini Ağa Əzizov ilə birgə törədib. Valid Qürbətov Ağa Əzizova məxsus "Vaz-21013" markalı avtomobillə Dələli kəndinə gedib, tövlədəki 26 baş qoyunu avtomobilin yük qoşqusuna yükləməklə Masallı rayonuna apararaq heyvan bazarında satıb. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır. 


Xəbərə aid fotolar