"Ermənistandakı dəyişiklik bu ölkədə sülhpərvər qüvvələrin hakimiyyətə gəlməsinə səbəb olacaqsa..."


Siyasət 08 May 2018 11:51:00 294 0

"Ermənistandakı dəyişiklik bu ölkədə sülhpərvər qüvvələrin hakimiyyətə gəlməsinə səbəb olacaqsa..."

Əgər Ermənistandakı dəyişiklik bu ölkədə sülhpərvər qüvvələrin hakimiyyətə gəlməsinə səbəb olacaqsa, biz münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqların nəticə verə biləcəyinə az da olsa, ümid edə bilərik.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Komitənin həmsədri Cavanşir Feyziyev deyib.

O qeyd edib ki, təqribən 30 il ərzində məcburi köçkün kimi doğulmuş uşaqlar hələ öz vətənlərini görməyiblər. Buna baxmayaraq, öz doğma torpaqlarını görmək ümidlərini itirməyiblər:

"Bütün qüvvələr münaqişənin sülh yolu ilə həllinə yönləndirməlidir. Bu günə qədər münaqişənin həlli üçün bir addım da atılmayıb. Biz münaqişənin həlli üçün bacardığımız qədər öz təkliflərimizi verməyə çalışırıq".