Ən məşhur moda şousu: qırmızı xalıda katolik ruhu VİDEO FOTO


Digərləri 08 May 2018 11:51:00 319 0

Ən məşhur moda şousu: qırmızı xalıda katolik ruhu  VİDEO  FOTO

ABŞ-ın Nyu-York şəhərindəki "The Metropolitan Museum of Art"da Kostyum İnstitutunun "Met Gala 2018" şousu keçirilib.

Son.az TMZ-yə istinadən bildirir ki, "Tanrısal vücudlar: moda və katolik təxəyyülü" (Heavenly Bodies: Fashion and the Catholic Imagination) mövzusundakı sərgi-bala məşhur modellər, Hollivud ulduzları, modellər və sənətçilər toplaşmışdılar.

Şounun kuratoru Endryu Bolton "Met Gala"nı təşkil edərkən dəfələrlə Vatikana yollanaraq katolik kilsəsi ilə danışıqlar aparıb.

Dünənki şouda Koko Şanel, Con Qalyano, Kristobal Balensiaqa və digər məşhur dizaynerlərin əsərləri ilə yanaşı, Vatikandan gətirilmiş 40 tətbiqi-sənət nümunələri də nümayiş olunub. Həmin nümunələr arasında indiyədək İtaliyanın sərhədlərini tərk etməmiş nəsnələr, o cümlədən Roma Papasının geyiminin detalları da vardı.

Şounun qırmızı xalısından keçənlər arasında Rianna, Selena Qomes, Eşli Qrem, Cennifer Lopes və başqaları vardı.