"Moskva merinin adamıyam, Damlaya qadağa qoydurmuşam"


Şou-biznes 08 May 2018 11:40:00 268 0

"Moskva merinin adamıyam, Damlaya qadağa qoydurmuşam"

Müğənni Damla bir müddət əvvəl açıqlamasında bildirib ki, həmkarlarından biri ona Moskva toylarında qadağa qoydurub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, "5/5" verilişinin qonağı olan Rəqsanəyə aparıcı Zaur Kamal bununla bağlı sual ünvanlayıb. 

İfaçı "Damla deyir ki, Rəqsanə mənə Moskva toylarında qadağa qoydurub" sözlərinə belə cavab verib:

"Moskva merinin adamıyam. Damlanın Rusiyaya girişinə mən qadağa qoydurmuşam. Belə, əcəb də etmişəm. Hələ üç-dörd nəfərə də qadağa qoyduracağam".