Azərbaycana külli miqdarda brilyant qaşlar gətirdilər


Digərləri 08 May 2018 11:42:00 267 0

Azərbaycana külli miqdarda brilyant qaşlar gətirdilər

Gömrük əməkdaşları külli miqdarda brilyant qaşların Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi cəhdinin qarşısını alıblar.

DGK-dan Son.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb.

Vətəndaş gömrük nəzarəti zonasına daxil olarkən, qanunvericiliklə müəyyən edilən hədlərdən artıq olan malları gömrük nəzarətinə təqdim etməyib, elektron və ya yazılı formada bəyan etməyib.

Sözügedən şəxs malları "yaşıl dəhliz" buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirmək istəyərkən gömrük əməkdaşı tərəfindən saxlanılıb və "qırmızı dəhlizə" yönləndirilib.

Vətəndaşın çamadanına rentgen aparatıyla baxış zamanı, monitorda əks olunan təsvirlərə əsasən, çamadandakı 1 cüt ayaqqabının hər tayının uc hissəsində gömrük nəzarətindən gizlədilmiş malların olması barədə əsaslı şübhələr yaranıb.