Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib


Digərləri 08 May 2018 11:49:14 231 0

Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Qaradağ Rayon İcra Hakimiyyəti IDEA İctimai Birliyi ilə birlikdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.

Bakı. Qaradağ Rayon İcra Hakimiyyəti IDEA İctimai Birliyi ilə birlikdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib. Trend-in məlumatına görə, IDEA Heyvanlara Qayğı Mərkəzinin (IACC) qarşısında, Bakı – Ələt (Astara) magistral yolunun kənarında, Ələt, Qobustan, Sanqaçal, Ümid, Sahil və digər qəsəbələrdə iki min ağac əkilib.