Paşinyanın tərəfdarları parlament yaxınlığında hərəkəti qismən bağlayıb - YENİLƏNİB


Dünya 08 May 2018 11:19:00 309 0

Paşinyanın tərəfdarları parlament yaxınlığında hərəkəti qismən bağlayıb - YENİLƏNİB

Bu gün Ermənistan parlamentində yeni baş nazirin seçilməsi gözlənilir

Ermənistan müxalifətinin lideri Nikol Paşinyanın tərəfdarları Ermənistan parlamentinin yaxınlığında hərəkatı qismən bağlayıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

*** 10:55

Ermənistan müxalifətinin lideri Nikol Paşinyanın tərəfdarları bu gün gündüz Milli Məclisdə keçiriləcək yeni baş nazir seçkilərindən əvvəl Yerevanın mərkəzinə toplaşırlar.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

N.Paşinyan dünən tərəfdarlarını hökumət başçısının seçimi günü - mayın 8-də saat 11:00-da Respublika Meydanında toplaşmağa çağırıb. Yeni baş nazir seçilə biləcəyi parlamentin iclasından sonra N.Paşinyan meydana - tərəfdarlarının yanına getməlidir.

Hazırda meydanda müxalifətçinin onlarla tərəfdarı toplaşıb. Burada quraşdırılmış səhnədə musiqiçilər məşq edirlər. Toplaşanların əksəriyyəti gənclərdir.

Qeyd edək ki, bu gün Ermənistan Milli Məclisində (parlamenti) yeni baş nazirin seçilməsi gözlənilir. Bu vəzifəyə yeganə namizəd - "Vətəndaş sazişi" müxalifət partiyasının və "Yolk" ("Çıxış") parlament fraksiyasının lideri Nikol Paşinyandır.

Deputatlar bu gün də Nazirlər Kabinetinin rəhbərini seçə bilməsə, qanunvericilik orqanı avtomatik olaraq buraxılacaq.