Beşiktaş azarkeşləri xanım aparıcını təhqir etdilər - video


İdman 08 May 2018 11:12:00 312 0

Beşiktaş azarkeşləri xanım aparıcını təhqir etdilər - video

Türkiyə Super Liqasının 32-ci turunda Beşiktaş öz meydanında Kayserispor'u qəbul edib. Meydan sahiblərinin azarkeşlərinin bu dəfə hədəfi açıqlamaları ilə müzakirələrə səbəb olan teleaparıcı Müge Anlı olub.

Goal.az xəbər verir ki, azarkeşlərin digər hədəfi Aykut Kocaman olub.

"Ağ-qaralar"ın azarkeşləri matçın gedişində davamlı olaraq söyüşlü şüarlar səsləndiriblər.

Müge Anlı azarkeşlərin təqhirinə: "Mənim nə əlaqəm var bunlarla? Hər kəs nə deyibsə, mən də onu demişəm. Canları sağ olsun" - deyərək münasibət bildirib.

Xatırladaq ki, Fenerbahçe ilə Beşiktaş arasında keçirilən kubok matçında yaşanan qalmaqalla bağlı Müge Anlının bu açıqlaması birmənalı qarşılanmamışdı: "Futbolçunun dönüb azarkeşləri söyməsi doğru hərəkət deyil. O azarkeşlər olmasa, sizin meydanda olmağınızın bir mənası olmaz. Azarkeşlər çox şey deyə bilərlər, ancaq futbolçu onlara hücum etməməlidir".