"Əlimizdən gələni etməliyik ki, münaqişə sülh yolu ilə həll edilsin"


Siyasət 08 May 2018 11:10:00 239 1

"Əlimizdən gələni etməliyik ki, münaqişə sülh yolu ilə həll edilsin"

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün səylər göstərilməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Avropa Parlamentinin vitse-prezidenti Heidi Hautala deyib.

Xanım H.Hautala qeyd edib: "Bütün səylər göstərilməlidir ki, bu münaqişə sülh yolu ilə həll edilsin. Münaqişənin həlli üçün başqa yol - müharibədən, hərbdən başqa yol varmı? Bəli, var. Biz əlimizdən gələni etməliyik ki, münaqişə sülh yolu ilə həll edilsin".