Bakıİstanbul təyyarəsi ünvana çatmamış geri qayıtdı


Digərləri 08 May 2018 10:45:00 250 0

Bakıİstanbul təyyarəsi ünvana çatmamış geri qayıtdı

Bakı-İstanbul reysini yerinə yetirən təyyarə texniki səbəbdən geri qayıdıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) məlumat verilib.

Yerli vaxtla saat 08:59-da uçan AZAL-ın J2-075 Bakı (GYD) - İstanbul (IST) reysini yerin yetirən hava gəmisinin komandiri texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönmək qərarını qəbul edib.

Təyyarə Bakı hava limanında yerli vaxtla saat 09:33-də uğurlu eniş edib. Reysin sərnişinləri digər bir təyyarə ilə İstranbula yola salınacaqlar.

Reysinin statusu yeniləndikcə əlavə məlumat veriləcək.

AZAL yaranan narahatlığa görə üzr istəyir.