Avropa Parlamentinin vitse-prezidenti: "Əlimizdən gələni etməliyik ki, münaqişə sülh yolu ilə həll edilsin"


Digərləri 08 May 2018 10:35:00 203 0

Avropa Parlamentinin vitse-prezidenti: "Əlimizdən gələni etməliyik ki, münaqişə sülh yolu ilə həll edilsin"

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün səylər göstərilməlidir.

Bakı. İlhamə İsabalayeva – Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün səylər göstərilməlidir. Trend-in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Avropa Parlamentinin vitse-prezidenti Heidi Hautala deyib. Xanım H.Hautala qeyd edib: “Bütün səylər göstərilməlidir ki, bu münaqişə sülh yolu ilə həll edilsin. Münaqişənin həlli üçün başqa yol - müharibədən, hərbdən başqa yol varmı? Bəli, var. Biz əlimizdən gələni etməliyik ki, münaqişə sülh yolu ilə həll edilsin”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin