Ziyafət Əsgərov: Dağlıq Qarabağda terrorçu dəstələr hazırlanır


Digərləri 08 May 2018 10:26:00 250 0

Ziyafət Əsgərov: Dağlıq Qarabağda terrorçu dəstələr hazırlanır

“Avropa İtiffaqına, Avropa parlamentinə nə mane olur ki, Azərbaycana qarşi ikili standartlar tətbiq edir, amma Ermənistana qarşı yox?!”.

Bakı. İlhamə İsabalayeva – “Avropa İtiffaqına, Avropa parlamentinə nə mane olur ki, Azərbaycana qarşi ikili standartlar tətbiq edir, amma Ermənistana qarşı yox?!”. Trend-in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. MM sədrinin müavini əlavə edib ki, bu gün Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır: “Bu gün bəzi ölkələrə qarşı sanksiyalar tətbiq edilir. Lakin məsələ Ermənistan-Azərbaycan münasibətlərinə gəldikdə, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir”. Onun sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qarşımızda duran əsas məsələ dünya və region ölkələri ilə əlaqələrin möhkəmlənməsi idi: “İlk növbədə region ölkələri ilə münasibətləri tarazlaşdırmaq lazımdır. Biz bilirdik ki, bu əməkdaşlıq yollarında müəyyən çətinliklər olacaq. Bu gün Azərbaycan müstəqil siyasət aparan ölkə olaraq, region dövlətləri ilə əlaqələrini genişləndirir. Bütün bunlar ona görədir ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət yürüdür. Son illər ərzində yeni boru kəmərlərinin çəkilməsi də bunun tərkib hissəsidir. Lakin çox təəssüflər olsun ki, biz bu məsələləri istədiyimiz qədər genişləndirə bilmirik, çünki regionda bu prosesin həyata keçirilməsinə mane olan bir dövlət var, o da Ermənistandır”. Z.Əsgərov deyib ki, Ermənistan bu gün terror siyasəti ilə məşğuldur. Bu gün Ermənistanda dövlət siyasəti terror siyasətidir: “Sarkisyandan sonra sağlam düşüncəli insan gələ biləcəkmi? Onlar erməni xalqını işğalçılıq siyasəti üçün girov qoyublar. Biz istəyirik ki, sülh, əməkdaşlıq olsun. Amma bir şərtlə ki, işğal olunmuş Azərbaycan torpaqları azad olunmalıdır, Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir. Lakin Ermənistan bu gün beynəlxalq hüququ qulaq ardına vurur”. Z.Əsgərov qeyd edib ki, bu gün Dağlıq Qarabağda terrorçu dəstələr hazırlanır: “Bu gün Avropa bazarlarında satılan narkotiklərin tam əksəriyyəti Dağlıq Qarabağdan aparılır. Bu, təkcə Azərbaycanın deyil, hamının problemidir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin