Sarkisyanın bank hesablarına həbs qoyula bilər FOTO


Dünya 08 May 2018 10:14:00 269 0

Sarkisyanın bank hesablarına həbs qoyula bilər  FOTO

Təhqiqat aparıldıqdan sonra Qərb Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın və onun yaxın ətrafındakı iş adamlarının hesablarını dondurmaq niyyətindədir.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu tədbirlərin son məqsədi xarici ölkələrdə aşkar olunmuş bütün maliyyə vəsaitlərinin Ermənistana geri qaytarılmasıdır.

Avropa Erməni İttifaqları Forumunun sədri Aşot Qriqoryanın sözlərinə görə, onun ünvanına Ermənistanın keçmiş prezidentinin ofşor sövdələşmələrinin təhqiqatının aparılması ilə bağlı təkliflər gəlib.