Bakı-İstanbul təyyarəsi ünvana çatmamış geri qayıtdı


Digərləri 08 May 2018 10:10:00 261 0

Bakı-İstanbul təyyarəsi ünvana çatmamış geri qayıtdı

Bakı-İstanbul reysini yerinə yetirən təyyarə texniki səbəbdən geri qayıdıb.

Bakı. Bakı-İstanbul reysini yerinə yetirən təyyarə texniki səbəbdən geri qayıdıb. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) məlumat verilib. Yerli vaxtla saat 08:59-da uçan AZAL-ın J2-075 Bakı (GYD) - İstanbul (IST) reysini yerin yetirən hava gəmisinin komandiri texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönmək qərarını qəbul edib.