Azərbaycan səfiri: “Ermənilər qanunsuz olaraq Suriyadakı erməniləri Dağlıq Qarabağa köçürürlər”


Digərləri 08 May 2018 09:57:42 204 0

Azərbaycan səfiri: “Ermənilər qanunsuz olaraq Suriyadakı erməniləri Dağlıq Qarabağa köçürürlər”

“Beynəlxalq təşkilatların mövqeyinə baxmayaraq, Ermənistan işğalçılıq niyyətindən əl çəkmir, status-kvonu saxlamağa çalışır”

“Dağlıq Qarabağ münaqişəsi regionda qeyri-sabitliyin əsas amilidir. Belə münaqişələr təhlükəsizliyə təhdiddir. BMT-nin Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul edib, orada torpaqların işğaldan azad edilməsi qeyd olunur. Bundan başqa, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, GUAM da bu mövqedədir. Beynəlxalq təşkilatların bu mövqeyinə baxmayaraq, Ermənistan işğalçılıq niyyətindən əl çəkmir, status-kvonu saxlamağa çalışır”.

“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev deyib.

O qeyd edib ki, Ermənistanın dağıdıcı siyasəti nəticəsində bu münaqişə davam edir, ona görə bunun həlli sülh yolu ilə mümkün olmur: “Ermənistan Azərbaycanın cəbhəyanı kəndlərini atəşə tutur, orada mülki şəxslər də əziyyət çəkir. 2016-cı ilin aprelində də bu cür təxribata əl atıb, yaşayış məntəqələrini atəşə məruz qoyub”.

Səfir xatırladıb ki, 2014-cü ildən Ermənistan və Azərbaycan prezidentləri arasında8 görüş olub. O bildirib ki, Avropadan olan bəzi hüquqi və fiziki şəxslər işğal olunan Azərbaycan ərazilərində ermənilərin mal mübadiləsinə dəstək verir, bunların qarşısı alınmalıdır. K.Xasıyev vurğulayıb ki, ermənilər qanunsuz olaraq Suriyadakı erməniləri Dağlıq Qarabağa köçürür: “Bütün bunların münaqişənin uzadılmasına xidmət edir. Avropa Birliyi Suriya ermənilərinin Dağlıq Qarabağ ərazisinə deyil, Ermənistanın öz ərazilərinə köçürülməsinə dəstəkləməlidir”.