Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanıldı


Digərləri 08 May 2018 10:05:00 254 0

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 124 cinayət faktı qeydə alınıb, onların da 19-u "isti izlər"lə açılıb.

Son.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 23, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər xəsarət alıb.