Azərbaycan və Peru parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi yollarını müzakirə edib


Siyasət 08 May 2018 09:53:13 357 0

Azərbaycan və Peru parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi yollarını müzakirə edib

Azərbaycanın Perudakı müvəqqəti işlər vəkili dostluq qrupunun rəhbəri ilə Konqresdə görüş keçirib

Azərbaycanın Perudakı müvəqqəti işlər vəkili Mehdi Məmmədov Peru-Azərbaycan dostluq qrupunun rəhbəri Dalmiro Palomino ilə bu ölkənin Konqresində görüş keçirib.

"Report" xəbər verir ki, görüşdə tərəflər ikitərəfli əlaqələrin mövcud vəziyyəti və onların inkişaf yollarını müzakirə ediblər. Həmçinin parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi yolları müzakirə olunub.

Bundan əlavə, M.Məmmədov və D.Palomino bu iloktyabrın 4-6-da Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun mövzuları ilə bağlı fikir mübadiləsi aparıblar.