Kapital Bank "Mobil elektron imza" layihəsini təqdim edib


Digərləri 08 May 2018 09:57:00 284 0

Kapital Bank "Mobil elektron imza" layihəsini təqdim edib

Kapital Bank Azərbaycanda ilk dəfə "Mobil elektron imza" layihəsi təqdim edib. 7 may 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə Kapital Bank arasında reallaşan "Mobil elektron imza" layihəsinin təqdimatı keçirilib.

Bu layihə bank əməliyyatlarının rahat şəkildə aparılması ilə yanaşı, sənədlərin imzalama prosesinin sürətli, təhlükəsiz və elektron şəkildə həyata keçirilməsinə imkan yaradacaq. Təqdimat mərasimində Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya inzibatçısı Nahid Zeynalov və Bank Məhsulları departamentinin direktoru İqbal Rüstəmov, həmçinin Məlumat Hesablama Mərkəzinin Marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov, Milli Sertifikat Xidmətləri Mərkəzinin müdir müavini Həbib Abbasov və digər qonaqlar iştirak edirdi.

"Ötən ilin sonunda Kapital Bank-ın Müşahidə Şurası tərəfindən bankın 2018-2020-ci illər ərzində həyata keçəcək strateji planı təsdiqləndi. Strateji hədəflərdən ən mühümü rəqəmsal bankçılığa keçid ilə bağlı idi. İlin əvvəlində yeni BirBank tətbiqini müştərilərin ixtiyarı verdik. İlin sonunadək isə rəqəmsal filialımızın açılışını etməyi planlaşdırırıq.